Xviça Kvaratsxeliya Gürcüstan millisinin yeni kapitanı olub.
Msport.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
PSJ-nin futbolçusu ilk dəfə martın 26-da İsraillə Tbilisidə keçiriləcək yoldaşlıq oyununda kapitan kimi meydana çıxacaq.
Qeyd edək ki, Gürcüstan mart pəncərəsində iki görüşə çıxacaq. İsraildən başqa onlar martın 29-da Litva ilə qarşılaşacaqlar.
25 yaşlı Xviça millidə 47 oyun keçirib. O, 20 qol vurub və 10 məhsuldar ötürmə verib.