RU

Kos: Ukraynanın AB-yə üzv olması qeyri-mümkündür

Ukraynanın 2027-ci ilə qədər Avropa Birliyinə daxil olması qeyri-mümkündür, ölkə AB-yə üzv olmaq üçün sülhə nail olmalı və islahatlar həyata keçirilməlidir.

News365.az xəbər verir ki, bunu AB-nin Genişlənmə üzrə komissarı Marta Kos deyib.

Onun sözlərinə görə, Ukrayna qlobal rəqabət qabiliyyətinin artırılmasına kömək edə biləcək innovasiya, müdafiə və digər strateji sektorlarda AB üçün əsas tərəfdaşdır:

"Lakin buna baxmayaraq, Kiyevin gələn il AB-yə daxil olmaq ümidləri özünü doğrultmayacaq. Avropa Birliyinə üzv olmaq üçün Ukrayna iki əsas şərti yerinə yerinə yetirməlidir. Birincisi, sülh lazımdır - bu vacibdir. O zaman islahatlar həyata keçirməlidir. İnvestorlar Ukraynaya yalnız pul qazana bilsə və investisiyaları təhlükəsizlikdə olarsa gələcəklər".

Избранный
21
2
news365.az

3Источники