RU

İsrailin Livana zərbəsi nəticəsində 9 nəfər ölüb

İsrail Müdafiə Ordusunun hücumu nəticəsində Livanın cənubunda azı 9 nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı Livan KİV-ə istinadla məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrail ordusunun Hərbi Hava Qüvvələrinin Adlun şəhərinə hava hücumu nəticəsində 4 nəfər, qaçqın düşərgəsindəki yaşayış evinə endirilən zərbə nəticəsində isə daha 2 nəfər ölüb.

Livanın cənubundakı digər bir ərazidə, İsrailin Xabbuş şəhərinə hava hücumu nəticəsində azı 3 nəfər ölüb. Həmçinin onlarla insanın yaralandığı bildirilib.

Избранный
28
4
ikisahil.az

5Источники