RU

İran atəşkəs üçün ABŞ ilə məkik diplomatiyası aparır - KİV

İran ABŞ ilə heç bir danışıqlar aparmır.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildiriblər.

Eyni zamanda, telekanal İranın ABŞ ilə birbaşa təmasdan qaçaraq region ölkələri və ondan kənardakı ölkələrlə danışıqlar apardığını iddia edir.

Onların məlumatına görə, ölkənin XİN rəhbəri Abbas Əraqçinın Misir, Pakistan və Omandan olan həmkarları ilə apardığı danışıqlar böhranın həlli istiqamətində diplomatik səylərin davam etdiyini göstərir.

"Axios" nəşrinin mənbələrə istinadən verdiyi xəbərə görə, daha əvvəl ABŞ-nin martın 26-sı, cümə axşamı İranla danışıqlar təşkil etməyi planlaşdırdığı bildirilirdi, lakin İran hakimiyyəti hələlik belə bir təklifə reaksiya verməyib. Məlumata görə, ABŞ İrana hərbi əməliyyatların dayandırılması ilə bağlı 15 bənddən ibarət təklif göndərib, lakin hələ ki cavab almayıb.

Избранный
19
missiya.az

1Источники