RU

Lukaku Belçika millisindən ayrıldı

"Napoli"nin hücumçusu Romelu Lukaku Belçika millisinin düşərgəsindən ayrılıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "qırmızı şeytanlar"ın mətbuat xidməti yayıb.

32 yaşlı forvardın fiziki durumunu qaydaya salmaq üçün klubunun məşqlərinə köklənəcəyi və yığmanın heyətində ABŞ-yə yollanmayacağı bildirilib.

Belçika martın 28-də ABŞ, aprelin 1-də Meksika yığması ilə yoldaşlıq oyunlarına çıxacaq.

Cari mövsüm "Napoli"nin forması ilə bütün turnirlərdə 7 görüşdə iştirak edən Lukaku 1 qolla yadda qalıb. Avqustun 14-də "Olimpiakos"a qarşı sınaq matçında (2:1) zədə alan təcrübəli futbolçu mövsümün böyük hissəsində Neapol komandasına kömək edə bilməyib.

Toğrul

Избранный
18
fanat.az

1Источники