RU

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək.

Məlumata görə, yük 5 vaqon təşkil edir.

Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək, daha sonra Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Qeyd edək ki, sonuncu dəfə, yəni martın 19-da Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 488 ton Rusiya taxılı göndərilib.

 

Избранный
4
20
banco.az

10Источники