RU

“Sabah”da ayrılıq siqnalı: Klub hücumçu ilə vidalaşır

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mövsümün sonunda "Sabah" klubundan ayrılacağı gözlənilən legioner futbolçulardan biri müəyyənləşib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi nigeriyalı hücumçu Cesse Sekidika ilə vidalaşmağa yaxındır.Bildirilib ki, baş məşqçi Valdas Dambrauskas bu mövqeyə daha keyfiyyətli futbolçunun transferini istəyir və bu səbəbdən Sekidikanın komandada qalma ehtimalı çox azdır.Bununla belə, afrikalı oyunçunun "Sabah"da qalmaq şansı tam itirilməyib. Belə ki, o, maaşının azaldılmasına razılıq verərsə, növbəti mövsümdə də komandada oynaya bilər.Qeyd edək ki, Cesse Sekidika cari mövsüm Misli Premyer Liqasında 14 matçda 1 qol vurub. O, Azərbaycan Kubokunda isə 2 oyunda iştirak etsə də, fərqlənə bilməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
sport24.az

1Источники