RU

Millimiz AVRO 2026 nın seçmə oyunlarını İspaniyada keçirəcək

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın 18 yaşadək voleybolçu qızlardan ibarət millisi Avropa çempionatının ikinci təsnifat mərhələsində iştirak edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Komanda bu gün yarışın keçiriləcəyi İspaniyaya yola düşüb. Milli Kadis şəhərində təşkil olunacaq turnirdə C qrupunda mübarizə aparacaq. Baş məşqçi Şahin Çatmanın rəhbərlik etdiyi kollektivin rəqibləri meydan sahibi ilə yanaşı, Estoniya və Niderland yığmaları olacaq.

Qeyd edək ki, 27-29 mart tarixlərində təşkil olunacaq AVRO-2026-nın ikinci təsnifat mərhələsində ümumilikdə 20 komanda beş qrupda qüvvəsini sınayacaq. Reqlamentə əsasən, yalnız qrup qalibləri qitə çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
4
icma.az

5Источники