RU

ABŞ ın İranla bağlı sülh planı ÜZƏ ÇIXDI 15 maddəlik sənədin DETALLARI

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ İran hakimiyyətinə Yaxın Şərq münaqişəsinə son qoymaq üçün 15 maddəlik plan göndərib.Bizim.Media xəbər verir ki, bu barədə "The New York Times" qəzeti ABŞ administrasiyasının rəsmilərinə istinadən məlumat yayıb.Qəzetin məlumatına görə, sənədin təqdim olunmasında Pakistan vasitəçi kimi çıxış edib.Planın İran rəhbərliyinə nə dərəcədə geniş şəkildə təqdim olunduğu və Tehranın onu danışıqlar üçün əsas kimi nəzərdən keçirməyə hazır olub-olmadığı hələlik məlum deyil.İsrailin 12-ci kanalı isə sözügedən planın müddəalarını açıqlayıb:1. İrana qarşı bütün sanksiyaların ləğvi.2. ABŞ-ın mülki nüvə layihəsinin (elektrik enerjisi istehsalı) inkişafına yardım göstərməsi.3. Sanksiyaların yenidən tətbiqi təhlükəsinin aradan qaldırılması.4. İranın nüvə proqramının müəyyən çərçivədə dondurulması.5. Zənginləşdirilmiş uranın saxlanması, lakin nəzarət və razılaşdırılmış limitlər daxilində.6. Raket proqramının daha sonrakı mərhələdə say və mənzil məhdudiyyətləri ilə müzakirəsi.7. Nüvə proqramının yalnız mülki və müdafiə məqsədləri ilə məhdudlaşdırılması.8. Mövcud nüvə imkanlarının inkişafının dayandırılması.9. Uranın zənginləşdirilməsi imkanlarının genişləndirilməsinə qadağa.10. İran ərazisində silah səviyyəli nüvə materialının istehsalına qadağa.11. Bütün zənginləşdirilmiş materialın razılaşdırılmış qrafiklə MAQATE-yə təhvil verilməsi.12. Natanz, İsfahan və Fordo obyektlərinin fəaliyyətinin dayandırılması (sıradan çıxarılması).13. Beynəlxalq monitorinq və yoxlama mexanizmlərinin tətbiqi.14. Planın mərhələli icrası və öhdəliklərə uyğun şəkildə həyata keçirilməsi.15. Tərəflər arasında əlavə regional və təhlükəsizlik razılaşmalarının əldə olunması.Bizim.Media 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
50
bizim.media

10Источники