RU

"QatarEnergy" LNG tədarükü üzrə müqavilələrdə fors-major elan edib

BAKI, 25 mart. TELEQRAF

“QatarEnergy” şirkəti İtaliya, Belçika, Cənubi Koreya və Çinlə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üzrə uzunmüddətli müqavilələrdə fors-major elan edib.

Teleqraf xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Bildirilir ki, qərara səbəb Ras-Laffan sənaye zonasında yerləşən müəssisələrə raket hücumları nəticəsində ciddi ziyan dəyməsi olub.

Məlumata görə, iki LNG emalı obyekti və bir qazın mayeləşdirilməsi qurğusu zədələnib. Şirkət hazırda ziyanın qiymətləndirildiyini və təmir işlərinin qrafikinin hazırlandığını açıqlayıb.

Qeyd edək ki, daha əvvəl İran mənşəli dron hücumundan sonra “QatarEnergy” LNG istehsalını dayandırmışdı.

Избранный
42
teleqraf.com

1Источники