RU

Tramp Macarıstanda seçkilər ərəfəsində Orbanı dəstəkləyib

ABŞ Prezidenti Donald Tramp Macarıstanda keçiriləcək parlament seçkiləri ərəfəsində Baş nazir Viktor Orbana dəstəyini ifadə edib.

"Far.Az"un məlumatına görə, o, bununla bağlı "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Tramp Orbanı nəticə əldə edən güclü lider adlandırıb.

"Viktor Macarıstanı qorumaq, iqtisadiyyatın inkişafını təmin etmək, iş yerləri yaratmaq, ticarəti genişləndirmək, qanunsuz miqrasiya ilə mübarizə aparmaq, qanun-qaydanı qorumaq üçün səylə çalışıb. Macarıstan və ABŞ arasındakı münasibətlər mənim administrasiyam dövründə əməkdaşlığın yeni zirvələrinə çatıb və bunun böyük bir hissəsi Baş nazir Orbanın sayəsindədir", - o, qeyd edib.

"2022-ci ildə yenidən seçilmək üçün namizədliyi irəli sürülərkən Viktoru dəstəkləməkdən qürur duydum və bunu yenidən etməyi şərəf sayıram", - Tramp macar seçiciləri Orbana səs verməyə çağıraraq əlavə edib.

"Mən onunla sona qədər birlikdəyəm", - ABŞ Prezidenti vurğulayıb.

Macarıstanda parlament seçkiləri aprelin 12-ə təyin edilib. Hakim "FİDES-Macarıstan Vətəndaş İttifaqı" Partiyası, Aİ rəhbərliyi tərəfindən dəstəkləndiyi deyilən müxalif "Tisa" Partiyası ilə gərgin mübarizə aparır.

Избранный
33
far.az

1Источники