RU

Spalletti “Yuventus”dan Alisson, Bernardo və Kolo Muani ilə müqavilə imzalamasını istəyib

“Yuventus”un baş məşqçisi Luçano Spalletti klub rəhbərliyindən qarşıdakı mövsümdən əvvəl “Liverpul”un qapıçısı Alisson Bekker, “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva və PSJ-nin hücumçusu Randal Kolo Muani ilə müqavilə imzalamağı xahiş edib.

İdman.Biz bu barədə “La Gazzetta dello Sport”a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Spalletti beynəlxalq təcrübəyə malik oyunçuların Turin komandasına qoşulmasını istəyir. Bundan əlavə, italyan menecer 26 yaşlı hücumçu Duşan Vlahoviçin müqaviləsinin uzadılmasında israr edir. Serbiyalı hücumçunun müqaviləsi cari mövsümün sonunda başa çatır.

İdman.Biz
Избранный
9
1
idman.biz

2Источники