RU

İran Türkiyəyə qaz ixracını dayandırdı

İran İsrailin Cənubi Pars qaz yatağına hücumundan sonra Türkiyəyə qaz ixracını dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin "Haberler" qəzeti yazıb. 

Türkiyə əvvəllər təbii qaza olan ehtiyacının təxminən 14%-ni İran tədarükü ilə ödəyirdi.

Nəşr həmçinin qeyd edir ki, İrandan qaz tədarükünün dayandırılması yalnız Türkiyə ilə məhdudlaşmır. Tehran həmçinin İsrailin enerji infrastrukturuna hücumlarından sonra İraqa da təbii qaz ixracını dayandırıb. Bu, daxili tələbatı balanslaşdırmaq və strateji ehtiyatlarını qorumaq üçün edilir.

Ağarza Elçinoğlu

Избранный
51
50
unikal.az

10Источники