RU

Tomas Dinanno: ABŞ atmosferdə nüvə sınaqlarının bərpasını nəzərdən keçirmir

ABŞ administrasiyası atmosferdə nüvə silahlarının sınaqlarının bərpası imkanlarını müzakirə etmir.

"Report"un məlumatına görə, ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Tomas Dinanno bunu Senatda dinləmələrdə bildirib.

"Atmosferdə hər hansı sınaqların keçirilməsi ilə bağlı müzakirə aparılmayıb", - o vurğulayıb.

T.Dinannonun sözlərinə görə, Vaşinqtonda mümkün nüvə sınaq proqramı ilə bağlı heç bir qərar qəbul edilməyib.

O xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp əvvəllər Rusiya və Çinin hərəkətlərinə istinad edərək sınaqların yenidən başlama ehtimalını bildirib, lakin bu açıqlamalardan sonra heç bir addım atılmayıb.

Diplomat aydınlaşdırıb ki, hazırda məsələ qəbul edilmiş qərarlar olmadan müzakirə mərhələsində qalır.

Избранный
41
far.az

1Источники