RU

45 yaşli ölməz qəhrəman

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun doğum günüdür.

Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il 24 mart tarixində Astara rayonunun Əzərüd kəndində anadan olub.1986-1998-ci illərdə rayonun Asxanakəran tam məktəbində tam orta təhsil alıb. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda xidmət edib. 2016-cı ildə Tərtərdə igidliklə həlak olub. Ötən il Prezident sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb.   

Şair sanki bu misraları məhz Pəncəli üçün yazıb:Ölüm sevinməsin, qoy,Ömrünü vermir badaEl qədrini canından Daha əziz bilənlər.Şirin bir xatirətəkQalacaqdır dünyadaSevərək yaşayanlar,Sevilərək ölənlər...

Ə.DOSTƏLİXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
xalqqazeti.az

2Источники