RU

Klub prezidenti braziliyalı futbolçunun müqaviləsinin uzadılmasını istəyir

ain.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Florentino Peres "Real"da Vinisius Juniorun müqaviləsinin uzadılmasında şəxsən maraqlıdır.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, klub prezidenti son aylarda braziliyalı vingerlə yeni müqavilə bağlanmasını aktiv şəkildə dəstəkləyib və onun mümkün qədər tez razılığa gəlməsini istəyir. Lakin son qərar futbolçunun özündən asılıdır.

25 yaşlı oyunçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki,bu mövsüm Vinísius Junior “Real”ın heyətində bütün turnirlərdə 43 oyunda 17 qol və 13 assist edib.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
1
sportal.az

3Источники