RU

Holand bu kitabı 1,3 milyona aldı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holand doğulduğu Time şəhərinin bələdiyyəsinə bahalı kitab hədiyyə edib.

Fanat.Az-ın "Stavanger Aftenblad"a istinadən məlumatına görə, o, atası Alfi ilə birlikdə Snorre Sturlasonun 1594-cü ildə nəşr olunmuş "Kral Dastanları" kitabının nadir nüsxəsini alıb.

Kitabın dəyəri 1,3 milyon Norveç kronu (təxminən 135 min dollar) təşkil edib. Bu addımı barədə danışan Erlinq böyük mütaliə həvəskarı olmadığını dilə gətirsə də, doğma yurdunun tarixi irsini qorumağın onun üçün vacibliyini vurğulayıb.

"Kral Dastanları" Norveçin ən bahalı kitabıdır. Nadir nüsxə Time bələdiyyəsində qorunub saxlanılacaq.

Toğrul

Избранный
20
1
fanat.az

2Источники