ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 24 mart, AZƏRTAC
AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun 8-ci turunda Azərbaycan və Portuqaliya U-21 yığmaları arasında Bakıda keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, 8-ci kilometr qəsəbə stadionunda təşkil olunacaq görüşün baş hakimi yunanıstanlı Xristos Vergetis olacaq.
Ona həmyerliləri Andreas Fotopoulos və Konstantinos Staikos kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Aleksandros Katsikogiannis yerinə yetirəcək.
Qarşılaşma martın 27-si saat 15:00-da başlayacaq.
Müxbir - Cavid Əliyev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.