RU

Portuqaliya yığmasının üzvü: "Azərbaycanla görüşdə üç xal qazanacağımıza ümid edirik"

Portuqaliyanın U-21 yığma komandasının yarımmüdafiəçisi Joao Simoeş AVRO-2027-nin seçmə oyunları ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az “Record”a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Azərbaycan yığmasına qarşı keçiriləcək matç haqda bunları deyib:

"Bütün milli oyunlarımız kimi, bu oyunlar da çox çətin olacaq. Çünki onların ən yaxşı oyunçularına qarşı oynayırıq. Ən yaxşı cavab vermək və bu halda iki qələbə qazanmaq üçün rəqiblərimizi öyrənirik. Amma hazırda əsasən Azərbaycana qarşı matç haqqında düşünürük. Bu, ən vacib oyundur və üç xal qazanacağımıza ümid edirik".

Qeyd edək ki, Azərbaycan(U-21) - Portuqaliya(U-21) görüşü martın 27-də "Palms Sport Arena"da keçiriləcək və oyuna 15:00-da start veriləcək.

saytlarin hazirlanmasi

Избранный
32
2
sportal.az

3Источники