RU

Poçettino və De Zerbi "Tottenhem"in baş məşqçi vəzifəsinə əsas namizədlərdir

İngiltərənin "Tottenhem" klubunun baş məşqçi postu üçün əsas namizədlər müəyyənləşib.

Moderator.az-ın "The Telegraph"a istinadən məlumatına görə, London təmsilçisi hazırkı baş məşqçi İqor Tudorun mövsüm başa çatdıqdan sonra komandada qalması variantını istisna edir.

Tudor fevral ayında Tomas Frankın istefasından sonra klubla yayadək müqavilə imzalayıb.

Hazırda baş məşqçi postuna əsas namizədlər Roberto De Zerbi və əvvəllər də "Tottenhem"də işləmiş Maurisio Poçettinodur. Məhz Poçettinonun rəhbərliyi altında komanda 2018/2019 mövsümündə UEFA Çempionlar Liqasının finalına yüksəliblər.

Qeyd edək ki, "Tottenhem" 31 turdan sonra 30 xalla turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.

Избранный
44
3
moderator.az

4Источники