RU

Robert Levandovski qərar astanasında

"Barselona"nın hücumçusu Robert Levandovski karyerası ilə bağlı mühüm qərar verməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, təcrübəli futbolçunun klubla müqaviləsini daha bir il uzatmaq ehtimalı nəzərdən keçirilir. Bununla yanaşı, onun başqa liqaya keçid variantını da dəyərləndirdiyi bildirilir.

Məlumata görə, Levandovski üçün əsas alternativlərdən biri ABŞ-ın MLS liqasıdır. Bu liqadan bir neçə klubun artıq futbolçu ilə maraqlandığı qeyd olunur. Təcrübəli forvard isə hələlik yekun qərarını verməyib və bütün variantları diqqətlə gözdən keçirir.

“Barselona” rəhbərliyi hücumçunu komandada saxlamaq niyyətindədir və onunla yeni müqavilə bağlamaq istəyir. Mövsümün sonunda tərəflər arasında yekun qərarın veriləcəyi gözlənilir.

Избранный
9
1
fanat.az

2Источники