ain.az, Olay.az portalına istinadən məlumat verir.
ATV-də yayımlanan “Kuruluş Osman” serialında canlandırdığı “Orhan Bey” obrazı ilə diqqət çəkən Mert Yazıcıoğlunun, Gülseren Budayıcıoğlunun nəvəsi Zeynep Artukmac ilə birlikdə görüntüləndiyi iddia olunub.
OLAY yazır ki, uzun müddətdir şəxsi həyatı ilə gündəmə gəlməyən aktyorun Artukmac ilə görüntülənməsi “Yeni münasibət başlayır?” sualını gündəmə gətirib.
İkili arasındakı yaxınlıq qısa zamanda sosial mediada yayılıb və eşq iddiaları maqazin dünyasında geniş əks-səda doğurub. Son 2–3 gündə birlikdə tez-tez görüntülənmələri isə diqqət çəkib.


Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.