RU

Azərbaycanda alüminium məmulatları istehsalı artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 11,8 min ton alüminium məmulatları istehsal edilib.

Day.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, sözügedən məmulatların istehsalı ötən ilin eyni dövrü ilşə müqayisədə 2,7 min ton və ya 30,4% artıb.

 

Bu ilin martın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır alüminium məmulatları ehtiyatı 3,7 min ton təşkil edib.

Ümumilikdə, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2026-сı ilin yanvar-fevral aylarında 231 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesi məhsullarının istehsalında 1,9 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində isə 20,5 faiz azalma müşahidə olunub.

Избранный
4
5
day.az

6Источники