RU

Uşaqlara telefon qadağası müzakirə olunur

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Rusiyada müəyyən yaşa qədər uşaqların mobil telefonlardan istifadəsinə qadağa tətbiq edilməsi məsələsi müzakirə olunur.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın maarif naziri Sergey Kravtsov açıqlama verib.

Nazir bildirib ki, hazırda uşaqların mobil telefonlardan istifadəsinin məhdudlaşdırılması ilə bağlı müxtəlif təkliflər nəzərdən keçirilir. Onun sözlərinə görə, söhbət konkret olaraq “müəyyən yaş həddi”nin müəyyənləşdirilməsindən gedir.

Qeyd olunub ki, təşəbbüsün əsas məqsədi uşaqların təhsil prosesinə diqqətinin artırılması və onların rəqəmsal mühitdən asılılığının qarşısının alınmasıdır.

Məsələ ilə bağlı müzakirələrin davam etdiyi bildirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
1
modern.az

2Источники