RU

Finlandiya Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu artırıb

Bakı. Trend:

2025-ci ildə Finlandiyanın Azərbaycana birbaşainvestisiyalarının həcmi 30,364 milyon ABŞ dolları təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 27,7 milyon dollar vəya 11,6 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Finlandiyadan reallaşan investisiyaların payı 0,5% təşkiledib.

Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində Finlandiyaiqtisadiyyatına 11,482 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlkiildəki göstərici ilə müqayisədə 7,6 milyon dollar və ya 3 dəfəçoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində AzərbaycandanFinlandiyaya yatırılan investisiyaların xüsusi çəkisi 0,5% təşkiledib.

2024-cü il ərzində Finlandiyadan Azərbaycana birbaşainvestisiyaların ümumi həcmi 2,620 milyon dollar, əks istiqamətdəisə 3,860 milyon dollara bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşaxarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Buisə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları vəya 6,4% azalma deməkdir.

Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstəriciilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.

Məqalədə:
Избранный
20
24
az.trend.az

10Источники