RU

Əli Laricaninin yerinə Məhəmməd Baqir Zülqədr təyinat olub

Məhəmməd Baqir Zülqədr İran Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "NourNews"un məlumatına görə, İran Prezident Administrasiyasının Kommunikasiya və informasiya şöbəsinin direktor müavini Seyid Mehdi Təbatəbai açıqlama yayıb.

Məlumata görə, o, əvvəllər Sepah komandirlərindən olub. Habelə Silahlı Qüvvələrin Baş Qərargahının Bəsic üzrə keçmiş müavini, 2012-2020-ci illərdə isə məhkəmə sistemində müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, İran Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi Əli Laricani ABŞ və İsrailin fevralın 28-də başlatdıqları birgə əməliyyat nəticəsində martın 17-də səhər saatlarında öldürülüb.

Избранный
33
3
missiya.az

6Источники