RU

Ukraynaya kütləvi HAVA HÜCUMU: Ölən və yaralananlar var

Martın 24-nə keçən gecə Rusiya ordusu Ukraynanın bir neçə bölgəsinə genişmiqyaslı hava zərbələri endirib.

Musavat.com xəbər verir ki, paytaxt Kiyevdə partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sistemləri aktiv şəkildə fəaliyyət göstərib.

Hücumlar zamanı pilotsuz uçuş aparatları (PUA), ballistik və qanadlı raketlərdən istifadə olunub.

Zaporojye istiqamətinə 6 PUA və 5 raketlə zərbə endirilməsi nəticəsində ciddi dağıntılar baş verib. İlkin məlumatlara görə, 20 çoxmərtəbəli bina, fərdi yaşayış evləri və yanacaqdoldurma məntəqələri zədələnib. Hadisə nəticəsində 1 nəfər həlak olub, 9 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Poltava şəhərinə endirilən zərbələr isə mehmanxana və yaşayış binalarına ziyan vurub. Bölgədə iri yanğınlar qeydə alınıb, qatarların hərəkətində ciddi gecikmələr yaranıb. Burada 2 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.

Xarkov vilayətində PUA-nın şəhərətrafı elektrik qatarına çırpılması nəticəsində 61 yaşlı sərnişin həlak olub. Eyni zamanda, Xersonun mərkəzi atəşə tutulub, fərdi evlər və qarajlar dağılıb. Dağıntılar altından bir nəfərin meyiti çıxarılıb, daha iki nəfər isə yaralı halda xilas edilib.

Partlayış səsləri həmçinin Sumı və İvano-Frankovsk vilayətlərində də eşidilib.

Musavat.com

Избранный
53
musavat.com

1Источники