RU

Mənə dedilər ki, sən neynirsən? Niyaməddin Musayev

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan səhnəsinə gətirdiyim yenilik təkcə saç tərzim olmayıb. Mən səhnəyə sərbəstlik gətirdim”.

Bu sözləri Xalq artisti Niyaməddin Musayev “Zarafat bir yana” verilişində deyib.

N.Musayev musiqidə olduğu kimi həyatda da daim yeniliklərinin olduğunu bildirib: “Mikrofonu çıxarıb tamaşaçı ilə ünsiyyətdə olaraq oxudum. Mənə dedilər ki, sən neynirsən?. Dedim belə lazımdır. Nə qədər adam düz durub oxuyar? Belə oxumaq olar? Tamaşaçı ilə ünsiyyətdə olmaq daha gözəldir. Yeni aranjimanları gətirdim mən. “Röya” ansamblı yaratdım geyimləri, yeni mahnılar ilə fərqləndilər. Mən muğam ifaçısı olmuşam. Nə oxuyursan, oxu, orada milli ruh olmalıdır.  Söz yığını şeir demək deyil. Musiqidə də musiqi yığınağı var. Bu musiqi deyil. Musiqi gərək insana toxunsun. Sözlə onun fəlsəfəsini açsın. Yazdığım nəğmələrin əksəriyyəti klassik sözlərdir”/pravda.

mia.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
1
mia.az

4Источники