RU

Tam hazır deyilik, əskiklərimiz çoxdur Şirvan ın baş məşqçisi

Fanat saytına istinadən ain.az xəbər verir.

İkinci Liqanın debütantı "Şirvan" növbəti oyununu keçirib. Bölgə təmsilçisi bu dəfə evdə “Şəki Siti” ilə qarşılaşmada 2:2 bərabərə qalıb. 

Komandanın baş məşqçisi Pərviz Bayramov Fanat.Az-a açıqlamasında görüşü belə şərh edib:

"Şəki Siti" ilə oyunda xal itirmək planlarımıza uyğun deyildi. Çox təəssüf ki, belə alındı. Futbolda belə hallar olur, bütün ssenarilərə hazır olmalıyıq. Ancaq biz tam hazır deyilik. Əskiklərimiz çoxdur. Meydana ciddi itkilərlə çıxmışdıq. Comərd Baxşəliyev, İbrahim Aslanlı və Ülvi Quliyev oyunda iştirak etmirdi. Bu azmış kimi, 7-ci dəqiqədə kapitanımız Kamran Məmmədov da zədələnərək sıradan çıxdı. Onu erkən əvəzləməli olduq ki, bu da planlarımızı pozdu. 

Növbəti oyun daha ağır olacaq. İkinci liqanin ən intizamli komandasına - "Qaradağ Lökbatan"a qarşı oynuyacağıq. Bizim üçün çətin olacaq. İtkilərimiz çoxdur. Amma sona qədər döyüşəcəyik".

Qeyd edək ki, "Şirvan" 19 tur ərzində 33 xal toplayıb. Debütant hazırda 4-cü pillədə qərarlaşır.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
1
fanat.az

2Источники