RU

"İranın vasitəçi məsələsində Pakistana güvənməsi də şübhəlidir"

Yazını böyüt
Yazını kiçilt
"Dünən İranın Türkiyəni vurduğunu iddia edirdilər, bu gün Türkiyəni ABŞ-la İran arasında vasitəçi kimi görürlər. Məntiq yoxdur".
 
Bunu Hafta.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib. O vurğulayıb ki, bir neçə həftədir Tramp və Natenyahu qüvvələri hamını İranın Türkiyəyə raket zərbələri vurduğuna inandırmağa çalışır.
 
"İran bu məqamda Türkiyəni vürmaqla nə qazanacaq ki" sualına isə heç bir inandırıcı arqument gətirə bilmirlər. Əksinə, hər ötən gün şübhələr artır ki, Türkiyəyə düşən raketlərdə Trampla Natenyahunun barmağı var...
 
Bu gün isə başqa bir məsələ də ortaya atılıb. Əsasən ABŞ və İsrail mənbələri İranın təkziblərinə baxmayaraq, Türkiyənin, Pakistanın və Misirin vasitəçiliyi ilə ABŞ-İran görüşlərinin keçirildiyini iddia edirlər... Hanı məntiq? Dünən İranın Türkiyəyə raket zərbələri vurduğunu iddia edirdilər, bu gün Türkiyəni "İranla ABŞ arasında vasitəçi kimi" guya görmək istəyirlər... İran bunu qəbul edərmi? Trampla "kəllə-kəlləyə" gəlməmək üçün Türkiyə martın 6-dan özünü İranın onu raketlə vurduğuna inanan kimi aparır və hətta İranı ittiham edir... Türkiyə raket məsələsində bir qədər fərqli tövr göstərmiş olsaydı, İran onun vasitəçiliyinə daha etimadlı yanaşa bilərdi", siyasi şərhçi deyib.
 
A.Quliyev bildirib ki, İranın vasitəçi məsələsində Pakistana güvənməsi də şübhəlidir:
 
"Bir fakt... Səudiyyə Ərəbistanı Hörmüz boğazındakı vəziyyətlə əlaqədar İranla müharibə əhvalını açıq ortaya qoyub. Pakistan isə onunla "Qarşılıqlı hərbi müdafiə" sazişinə malikdir. Misir Trampın Qəzza planlarına, Sülh şurasına ilk dəstəkçi ölkələrdən biridir. İran ona necə güvənsin?"
Избранный
17
1
hafta.az

2Источники