RU

“El-Klasiko”nun tarixi və başlama saatı açıqlanıb

İspaniya La Liga çərçivəsində keçiriləcək növbəti “ El-Klasiko”nun vaxtı rəsmən müəyyənləşib.

Məlumata görə, 35-ci turda Barcelona ilə Real Madrid arasında baş tutacaq qarşılaşma mayın 10-da keçiriləcək. Oyun Camp Nou stadionunda oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında cari mövsümün ilk dövrəsində keçirilən görüşdə Madrid təmsilçisi səfərdə 2:1 hesablı qələbə qazanmışdı. Bu dəfə isə tərəflər arasındakı prinsipial mübarizənin necə nəticələnəcəyi böyük maraq doğurur.

Избранный
44
veteninfo.az

1Источники