RU

Hollivud ulduzu təhlükəli ərazidən çıxarıldı Fotolar

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Hollivud ulduzu Ceyson Momoa Havay adalarında baş verən güclü fırtına və daşqınlar nəticəsində ailəsi ilə birlikdə Oahu adasının şimal sahillərindən təxliyə edilib.

“Qafqazinfo” xəbər verir ki, aktyor bu barədə sosial şəbəkə hesabında paylaşımlar edib. 

O bildirib ki, cümə günü elektrik enerjisi kəsilib, həmçinin Vahiava bəndinin yarılması təhlükəsi kütləvi təxliyəyə səbəb olub. Bu fəlakət səbəbindən Momoa sosial şəbəkədə çağırışlar edib. Belə ki, hollivud ulduzu yerli sakinlərə dəstək göstərib və insanları bir-birinə yardım etməyə çağırıb.

Şəhər rəhbərliyinin məlumatına görə, 230-dan çox şəxs xilasedicilər tərəfindən təxliyə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
2
qafqazinfo.az

3Источники