RU

“İnter” Niko Uilyamsla maraqlanır

BAKI, 24 mart. TELEQRAF

İtaliyanın “İnter” klubu İspaniya təmsilçisi “Atletik Bilbao”nun futbolçusu Niko Uilyamsı transfer etmək istəyir.

Teleqraf İspaniya mətbuatına istinadən xəbər verir ki, Milan təmsilçisi 23 yaşlı hücumçu üçün ilkin danışıqlara başlayıb.

Lakin Uilyamsın müqaviləsində 95–100 milyon avro aralığında sərbəstqalma məbləğinin olması əsas maneə kimi göstərilir. Bundan əlavə, “İnter”in bu transferi həyata keçirməsi üçün əvvəlcə heyətdə satışlar etməsi və maaş büdcəsində yer açması lazımdır.

Onunla“Çelsi”, “Arsenal” və “Barselona” kimi klublar da maraqlanır.

Qeyd edək ki, Niko Uilyams bu mövsüm 19 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu İspaniya millisində 30 oyun keçirib və 6 qol vurub.

Избранный
25
teleqraf.com

1Источники