RU

Pakistan İran, ABŞ və İsrail nümayəndələri ilə danışıqlara ev sahibliyi etməyə hazırdır

Pakistan öz ərazisini İran, ABŞ və İsrailin iştirakı ilə danışıqlar üçün təqdim etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hüseyn Əndrabi CNN-ə verdiyi müsahibədə bildirib.

O qeyd edib ki, əgər hər iki tərəf razılığa gələrsə, Pakistan danışıqlara ev sahibliyi etməyə hazırdır.

Son günlər İran və ABŞ rəsmiləri münaqişənin gərginliyi fonunda danışıqlar barədə ziddiyyətli açıqlamalar veriblər. İran Xarici İşlər Nazirliyi bazar ertəsi bildirib ki, Tehran və Vaşinqton arasında heç bir “dialoq” olmayıb. Əksinə, ABŞ Prezidenti Donald Tramp CNN-ə açıqlamasında iki ölkə arasında aparılan danışıqların 15 maddəlik razılaşma ilə nəticələndiyini söyləyib.

Mənbələr bildirirlər ki, Tehran və Vaşinqton hələ də münaqişənin gərginliyini azaltmaq üçün Türkiyə və Misir də daxil olmaqla digər ölkələr vasitəsilə əlaqə saxlayırlar.

Избранный
13
5
azerbaijan-news.az

6Источники