İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Livanın paytaxtı Beyruta endirdiyi zərbələr nəticəsində ən azı iki nəfər ölüb, beş nəfər yaralanıb.
Bu barədə "Al-Jazeera" telekanalı Livan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
"İsrail düşməninin Aley rayonunun Bşamun şəhərinə basqını nəticəsində ilkin olaraq iki nəfər şəhid olub, beş nəfər isə yaralanıb", - deyə nazirliyin açıqlamasında qeyd olunub. /oxu.az/