RU

Gürcüstan Prezidenti və Baş naziri müsəlman icmasını təbrik edib » AzadMedia.az


Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze müsəlman icmasını Ramazan və Novruz bayramları münasibətilə təbrik edib.

Onlar bəyanatlarında II İliyanın vəfatı ilə əlaqədar yas tutan gürcü pravoslav xristianlarına göstərilən həmrəyliyə görə müsəlman icmasına təşəkkürlərini bildiriblər.

M.Kavelaşvili vurğulayıb ki, müsəlman vətəndaşların bu həssas dönəmdə bayram tədbirlərindən imtina etməsi ölkədə yaşayan müxtəlif dini icmalar arasında mövcud olan qardaşlıq, dostluq və qarşılıqlı hörmətin bariz nümunəsidir.

İ.Kobaxidze isə müsəlman icmasına bu günlərdə bayram tədbirlərini ləğv etdikləri üçün xüsusi minnətdarlığını ifadə edib:

"Bu qardaş dəstəyi heç vaxt unutmayacağıq. Çətin və sevincli günlərdə birlik nümayiş etdirmək ölkənin birliyinin əsasını təşkil edir. Əsrlər boyu müxtəlif icmalar Gürcüstan tarixini birlikdə formalaşdırıb və bu gün də gələcək nəsillər üçün daha yaxşı gələcək qururlar".
Избранный
18
4
azadmedia.az

5Источники