RU

İrana ölülər rəhbərlik edir - Markov

ABŞ-İran danışıqları davam edir, ya yox? Bu aydın deyil. Aydın olmayan və daha vacib bir məqam da var: İrana kim rəhbərlik edir?

Turkustan.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"1. Rəhbər Müctəba Xamenei televiziyada görünmür, çoxları onun ciddi şəkildə yaralandığına və vəzifəsini icra etmədiyinə inanır.

2.Onun yoxluğunda Laricani faktiki olaraq lider idi, amma o da öldürüldü.

3. Onun yerində az tanınan bir adam var. XİN rəhbəri? Parlamentin rəhbəri Qalibaf? Amma liberal olan prezident Pezeşkian qətiyyən deyil.

4. SEPAH rəhbərliyi? Orada onlardan çoxdur.

5. İran isə öz liderini gizlədir, çünki İrana həqiqətən kimin rəhbərlik etdiyi açıqlansa, o, ABŞ və İsrailin əsas hədəfinə çevriləcək.

6. Bəziləri hesab edir ki, hazırda İranda vahid rəhbərlik yoxdur. Və görünür, ordu liderləri əvvəllər Əli Xamenei və Laricaninin verdiyi əmrləri yerinə yetirirlər.

7. Onda belə çıxır ki, İranı ölü adamlar idarə edir? Bəli. Daha doğrusu, Allah yolunda canını qurban verən insanlar. Şeytanın bəndələrinə qarşı müqəddəs mübarizədə həlak olanlar. Bu isə tamamilə İranın əsas dini və əsas ideologiyası olan şiəliyin ruhundadır.

8. Belə çıxır ki, ABŞ-la sülh müqaviləsinin şərtləri və Hörmüz boğazının açılması şərtləri ilə bağlı danışıqlar aparacaq yəqin ki, heç kim qalmayıb", - o bildirib. /axar.az/

Избранный
40
2
turkustan.az

3Источники