RU

Mingəçevirdə yol qəzasında 4 nəfər xəsarət alıb

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, "Nissan" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Qəzada xəsarət alanların "Opel"in sürücüsü Ruhani Cəfərov, sərnişinləri - 1989-cu il təvəllüdlü Rəvanə Cəfərova, 1966-cı il təvəllüdlü Təranə Mütəllimova və 1950-ci il təvəllüdlü Sevil Əsədova olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
31
4
day.az

5Источники