RU

“Lufthansa Group” Yaxın Şərqin bir neçə ölkəsinə uçuşları payıza qədər dayandırdı

“Lufthansa Group” konserni İran ətrafındakı münaqişə səbəbindən aviaşirkətlərinin Yaxın Şərqin bir neçə ölkəsinə uçuşlarının dayandırılma müddətini payıza qədər uzadıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

Qeyd olunur ki, Əbu-Dabi (BƏƏ), Əmman (İordaniya), Beyrut (Livan), Maskat (Oman), Tehran (İran), Dammam (Səudiyyə Ərəbistanı), Ər-Riyad (Səudiyyə Ərəbistanı) və Ərbilə (İraq) uçuşlar oktyabrın 24-dək dayandırılıb.

Yalnız “Lufthansa”nın törəmə müəssisəsi olan “Eurowings” şirkəti Beyrut və Ərbilə uçuşları daha qısa müddətə – aprelin 30-dək dayandırmaq qərarına gəlib.

“Lufthansa Group”un Dubay (BƏƏ) və Təl-Əvivə (İsrail) uçuşları mayın 31-dək dayandırılıb.

Избранный
22
1
editor.az

2Источники