RU

“Sabah”ın sabiq baş məşqçisi Rusiya klubunda istefaya göndərilə bilər

BAKI, 24 mart. TELEQRAF

“Sabah”ın sabiq baş məşqçisi Vasili Berezutski Rusiyanın “Ural” klubunda istefaya göndərilə bilər.

Teleqraf “RB Sport”a istinadən xəbər verir ki, buna səbəb kimi nəticələrin qeyri-stabil olmasıdır.
Dekabrın 11-də “Ural”ın baş məşqçisi təyin olunan mütəxəssisin rəhbərliyi altında komanda 4 oyun keçirib, 1 qələbə qazanıb, 1 heç-heçə edib və 2 məğlubiyyət yaşayıb. Komanda hazırda Rusiya ikinci liqasının turnir cədvəlində 25 turdan sonra 45 xalla 3-cü pillədə qərarlaşıb.

Yekaterinburq təmsilçisi Berezutskinin əvəzinə Aleksandr Storojuqun təyinatı variantını nəzərdən keçirir.​

Qeyd edək ki, Vasili Berezutski 2024/25 mövsümündə “Sabah”ın baş məşqçisi olub və “bayquşlar”la Azərbaycan Kubokunu qazanıb.

Избранный
35
teleqraf.com

1Источники