RU

Leroy Sanenin yığma komandaya çağrılması Almaniyada narazılıqla qarşılanıb

Almaniya Futbol Assosiasiyasının açıqlamasına görə, Almaniya millisinin 27 martda İsveçrə və 31 martda Qana ilə keçiriləcək yoldaşlıq oyunları üçün heyəti dəqiqləşdirilib.

"Qalatasaray"ın oyunçusu Leroy Sane məşqçi Julian Nagelsmann tərəfindən Almaniya milli komandasına çağırılıb. Bundan sonra Almaniya millisinin keçmiş ulduzu Dietmar Hamann Sanenin milli komandaya daxil edilməsindən narazılığını bildirdi. O, qərarı təəccüblü və ədalətsiz hesab etdiyini qeyd etdi. "Səid El Mala, Kərim Adeyemi və Maksimilian Bayer kimi oyunçular var. Düşünürəm ki, onların hamısı milli komandada Leroy Sanedən daha çox yer tutmağa layiq idilər. Leroy Sanenin milli komandada necə ola biləcəyi mənim üçün anlaşılmazdır", - deyə o bildirib.

Hamann davam edərək dedi: "Mənim kimi bir çox keçmiş oyunçu da eyni şeyi düşünür, amma səslərini çıxarmırlar. Sanenin hazırkı forması nəzərə alınmaqla milli komandaya daxil edilməsi hamımız üçün qəbuledilməzdir."

Leroy Sane bu mövsüm Qalatasarayın heyətində bütün yarışlarda 35 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.

Əziz MUSTAFA

Избранный
19
1
oxumeni.az

2Источники