RU

Kolumbiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 66-ya çatıb - YENİLƏNİB-4

Kolumbiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "C-130 Hercules" təyyarəsinin ölkənin cənubunda qəzaya uğraması nəticəsində azı 66 hərbi qulluqçu həlak olub.

"Report" xəbər verir ki, bu barədə yerli "El Tiempo" qəzeti hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, həlak olanlar arasında Kolumbiya HHQ-nin 6, Milli Ordunun 58 və Milli Polisin 2 hərbi qulluqçusu var.

Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi davam edir, eyni zamanda, dörd hərbçi itkin düşmüş hesab olunur.

Kolumbiyanın cənubunda, meşəlik ərazidə "Hercules C-130" hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində azı 38 nəfər həlak olub, daha 83 nəfər isə xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə təyyarənin havaya qalxdığı Puerto-Legisamo şəhərinin təhlükəsizlik və inzibati idarəetmə üzrə baş köməkçisi Karlos Klaros "The Wall Street Journal" nəşrinə telefonla verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, göyərtədə olan bəzi hərbçilər təyyarə yerlə toqquşmadan bir neçə saniyə əvvəl özlərini aşağı atıblar. Hava gəmisində olan 125 nəfərdən dördü hələ tapılmayıb, onların axtarışları davam edir.

Qəzanın səbəbi hələlik müəyyən edilməyib.

Kolumbiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Hercules C-130" təyyarəsinin qəzaya uğraması nəticəsində bir nəfərin həlak olduğu təsdiqlənib.

"Report" xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro "X" sosial şəbəkəsində məlumat yayıb.

"Hazırda 77 yaralı xəstəxanaya çatdırılıb, bir nəfər həlak olan var. Daha 43 nəfərin taleyi araşdırılır", - o yazıb.

Bundan əvvəl Kolumbiya HHQ-nin komandanı Karlos Silva Rueda qəzaya uğrayan "Hercules C-130" təyyarəsinin göyərtəsində 114 sərnişin və 11 heyət üzvünün olduğunu bildirmişdi.

Göyərtəsində 110-dan çox insanın olduğu Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C-130" təyyarəsinin qəzaya uğramasından sonra 57-yə yaxın hərbçi xilas edilib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl yerli hakimiyyət orqanlarının nümayəndəsi Karlos Arbey Klaros "Caracol" telekanalının efirində 30-a yaxın hərbçinin xəstəxanalara çatdırıldığını bildirmişdi.

Həlak olanların sayı barədə hələlik dəqiq məlumat verilmir. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Göyərtəsində 100-dən çox hərbçinin olduğu Kolumbiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Hercules C-130" təyyarəsi ölkənin cənubunda qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "Caracol" radiostansiyası məlumat yayıb.

Ölkənin müdafiə naziri Pedro Sançes "X" sosial şəbəkəsində təfərrüatlara varmadan hadisəni təsdiqləyib.

"Dərin kədər hissi ilə bildirirəm ki, Kolumbiya HHQ-yə məxsus, silahlı qüvvələrimizin qulluqçularını daşıyan "Hercules" təyyarəsi Puerto-Legisamo şəhərində havaya qalxarkən qəzaya uğrayıb", - deyə o yazıb.

Избранный
7
3
far.az

10Источники