RU

ABŞ Senatı Mallinin DTN rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib

ABŞ Konqresinin Senatı (yuxarı palata) Markueyn Mallinin ABŞ-nin yeni daxili təhlükəsizlik naziri vəzifəsinə təyin olunmasını təsdiqləyib.

"Far.Az"un məlumatına görə, Senatdakı səsvermənin birbaşa yayımını "C-SPAN" telekanalı həyata keçirib.

Mallinin namizədliyinin təsdiqlənməsinin lehinə 54 senator, əleyhinə isə yuxarı palatanın 45 üzvü səs verib. Senatın razılığını almaq üçün namizədə sadə səs çoxluğu toplamaq kifayət idi.

ABŞ Prezidenti Donald Tramp martın 5-də Mallinin namizədliyini irəli sürdüyünü elan etmişdi. O, Kristi Noemi ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri postundan istefaya göndərib. 48 yaşlı Mallin Konqres Senatının Oklahoma ştatından olan üzvüdür. O, çeroki qəbiləsindən olan hindulardandır və prezident kabinetində yerli əhalini təmsil edən ikinci üzv olacaq.

Избранный
72
4
far.az

10Источники