RU

Qrizmanın yeni klubundakı qazancı bilindi

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

Qrizmanın yeni klubundakı qazancı bilindi

Mövsümün sonunda “Atletiko”nu “Orlando Siti”yə dəyişəcək Antuan Qrizmanın MLS klubu ilə imzalayacağı sözləşmənin detalları məlum olub. 

QOL.az xəbər verir ki, bu barədə jurnalist Fabris Hokins məlumat yayıb. 

O bildirib ki, fransız futbolçu mövsümün sonunda ABŞ-a yollanacaq və yeni klubu ilə 2 illik müqavilə imzalayacaq. Qrizmanın “Orlando Siti”dəki illik qazancı 10 milyon avro təşkil edəcək. 

Qeyd edək ki, 25 yaşlı forvard cari mövsüm bütün turnirlər nəzərə alınmaqla 43 matçda forma geyib, 13 qol vurub, 4 dəfə də məhsuldar ötürmə verib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
29
1
qol.az

2Источники