RU

Ukrayna ordusu Rusiyanın yanacaq-enerji infrastrukturlarına hava zərbələri endirib

Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasındakı vacib yanacaq-enerji infrastruktur obyektlərinə zərbələr endirib. Xüsusilə, Transneft-Primorsk Limanı neft terminalı və Başneft-Ufaneftexim neft emalı zavoduna hava zərbələri endirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidməti “Telegram”da məlumat verib.

"Dünən və martın 23-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasındakı vacib yanacaq-enerji infrastruktur obyektlərinə zərbələr endirib. Xüsusilə, Transneft-Primorsk Limanı neft terminalına (Primorsk, Leninqrad vilayəti) zərbə endirilib. İlkin məlumata görə, həm çən parkına, həm də neft yükləmə infrastrukturuna ziyan dəyib. Obyektdə yanğın baş verdiyi təsdiqlənib", - deyə açıqlamada bildirilir.

Избранный
16
5
yeniazerbaycan.com

6Источники