RU

Yetirməsini geri qaytarmağı nəzərdən keçirir - “Barselona”

Leverkuzen “Bayer”inin müdafiəçisi Alexandro Qrimaldo karyerasında yenidən “Barselona” səhifəsini aça bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deku müdafiənin sol cinahını gücləndirmək üçün variantlar axtarır və Qrimaldo bu mövqe üçün əsas namizədlərdən biri hesab olunur.

30 yaşlı futbolçunun müqaviləsində 20 milyon avroluq sərbəstqalma maddəsi yer alsa da, yay transfer pəncərəsində onun daha aşağı məbləğə transfer olunması mümkün görünür.

İspaniyalı futbolçu karyerasının əvvəlində “Barselona”nın ikinci komandasında çıxış etsə də, əsas heyətdə debüt etmək şansı qazanmayıb. Onun “Bayer”lə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Избранный
26
sportinfo.az

1Источники