RU

Orkun Kökçü üçün İngiltərə nəhəngləri yarışa girib

Türkiyənin "Beşiktaş" klubunun kapitanı Orkun Kökçü Avropa nəhənglərinin transfer siyahısında ilk sıralara yüksəlib.

Fanat.Az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, "Tottenhem"dən sonra "Mançester Yunayted" də futbolçunun  transferi üçün hərəkətə keçib.

Hər iki klub orta xətti gücləndirmək üçün istedadlı yarımmüdafiəçini əsas hədəf kimi müəyyənləşdirib. 25 yaşlı futbolçunun "Beşiktaş"dakı liderlik keyfiyyətləri və texniki bacarığı Premyer Liqa klublarının diqqətini cəlb edən əsas amillərdəndir.

Hazırda transfer danışıqlarının intensivləşdiyi və yay aylarında rəsmi təkliflərin təqdim olunacağı gözlənilir.

Избранный
3
1
fanat.az

2Источники