Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Türkiyə Superliqasında çempionluq mübarizəsi aparan "Fənərbağça"nın ulduzu Marko Asensio Avropa klublarının hədəfinə çevrilib.
Fanat.Az xəbər verir ki, İspaniya təmsilçiləri "Atletiko Madrid", "Sevilya" və "Vilyarreal" təcrübəli oyunçunu yaxından izləməyə başlayıb.
İstanbul klubu əslində ispan ulduzu heyətində saxlamağı planlaşdırsa da, gələn təklifləri tamamilə gözardı etmir. "Sarı-lacivərdlilər" rəhbərliyi Asensio üçün minimum 25 milyon avro tələb edəcəyini və bu məbləğdən aşağı olan bütün təkliflərin dərhal rədd ediləcəyini bildirib.
Hazırda heyətin əsas simalarından olan 29 yaşlı yarımmüdafiəçinin satışı yalnız klubun maraqlarına tam uyğun gəldiyi halda reallaşa bilər. İspaniya klublarının transfer pəncərəsi açılan kimi rəsmi addımlar atacağı və "Fənərbağça"nın qapısını döyəcəyi gözlənilir.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.