RU

Muslera dörd ildən sonra yığmaya çağırıldı - ''Karyeramı bitirdikdən sonra Türkiyəyə geri dönəcəm''

''Qalatasaray'' tarixinə adını qızıl hərflərlə yazdıran və ötən yay 14 illik Türkiyə macərasına son qoyan Fernando Musleradan xəbər var. Hazırda Argentina təmsilçisi ''Estudiantes''in şərəfini qoruyan və ötən mövsüm bu komanda ilə çempion olan 39 yaşlı əlcək sahibi dördillik fasilədən sonra Uruqvay yığmasına geri dönüb. Baş məşqçi Marselo Byelsa İngiltərə və Əlcəzairə qarşı baş tutacaq hazırlıq oyunları üçün Musleraya da dəvət göndərib. Təcrübəli qapıçı son olaraq DÇ-2022-də yığma komandanın heyətində yer almış, amma həmin turnirdə heç bir matçda forma geyməmişdi. 2024-də isə Muslera yığma karyerasını bitirdiyini açıqlamışdı. Amma o, fikrini dəyişib və qarşıdakı mundialda yer almaq istəyir. DÇ-2026-ya yollanacağı təqdirdə o, 5 fərqli mundialda yer alan ilk uruqvaylı futbolçu kimi tarixə düşəcək. Muslera Uruqvay yığmasının düşərgəsində jurnalistlərə acıqlamalar verərkən ''Qalatasaray''ı da xatırlayıb: ''Yenidən yığmaya çağırılmağım məni çox sevindirdi. Geridə qalan 4 il ərzində şəxsi həyatımda fikrimi dəyişib yeni qapılar açmağıma səbəb olacaq çox şeylər yaşanıb. Adımı Uruqvay futbolu tarixinə yazdırmaq istəyirəm. Bu, mənim və ailəm üçün böyük qürur mənbəyi olacaq. DÇ-yə dəvət alsam, sözlə ifadə edilməsi mümkün olmayan bir sevinci yaşayacam. Yığmadakı digər qapıçılarla təcrübəmi bölüşmək və onlara yardım etmək üçün burdayam. Serxio Roçet ilə dərhal söhbətləşdim. Bir-birimizi yaxşı anlayırıq. Əsas odu ki, Uruqvayın qapısı etibarlı əllərdə olsun. Türkiyə mənim ikinci evimdi. Möhtəşəm bir ölkədi. Orda 14 il keçirdim. İki övladım orda doğuldu. Həm ''Qalatasaray''a, həm də Türkiyəyə çox şey borcluyam. Karyeramı bitirdikdən sonra şübhəsiz ki, ora geri dönəcəm. Futbolun çox sevildiyi bir ölkədi. Elə digər idman növlərinə də maraq böyükdü. Türk futbolunu yaşamaq və görmək çox gözəl bir təcrübə idi. Övladlarım da bunu xatırlayır. Atalarının harda oynadıqlarını bilirlər və bu da mənim üçün böyük qürurdu''.

Избранный
53
1
football-plus.az

2Источники