RU

Zidan Fransa millisi ilə şifahi razılığa gəldi “Le Parisien”

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fransa millisinin keçmiş oyunçusu Zinəddin Zidan Fransa Futbol Federasiyası (FFF) ilə milli komandada baş məşqçi kimi işləmək barədə şifahi razılığa gəlib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Məlumata görə, FFF rəhbəri Filip Diallo Fransa milli komandasının yeni baş məşqçisinin adını bildiyini qeyd etsə də, adını çəkməkdən imtina edib və yalnız beş nəfərin bu vəzifə uğrunda mübarizə apardığını əlavə edib.

Qeyd edək ki, Zinəddin Zidan “Real Madrid”in baş məşqçisi kimi ikiqat İspaniya çempionu olub, komanda ilə iki dəfə İspaniya Super Kubokunu qazanıb və üç dəfə Çempionlar Liqasında qalib gəlib.

Xatırladaq ki, 2026-cı il Dünya Kubokunda Fransa millisi Seneqal, Norveç və daha sonra müəyyənləşəcək daha bir komanda ilə bir qrupda mübarizə aparacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
1
yeniavaz.com

2Источники